Ümumİ 120 saat
Həftə İçİ gündüz 10:00 - 18:00
Həftə İçİ axşam 10 həftə
Həftə sonu 10:00 - 17:00

NİYƏ EDU PRO-DA RƏQƏMSAL MARKETİNQ TƏDRİSİ?

Edu Pro, Rəqəmsal Marketinq tədris proqramı sektorun ehtiyacları və tələblərinə uyğun hazırlanıb. Məqsəd sadəcə rəqəmsal media texnologiyaları üzrə mütəxəssis hazırlamaq deyil, həm də bu texnologiyaları düzgün istifadə edib rəqəmsal marketinq kampaniyalarını idarə edə bilən məzunlar hazırlamaqdır. Edu Pro-nun ən böyük üstünlüyü məzunlarına Dijital Marketinq sektorundakı potensial işçilər arasında prioritet namizəd olaraq seçilməyinə və öz karyeralarını inkişaf etdirməyinə köməklik edən təhsil sistemi təqdim etməyidir. Edu Pro-dakı tədris proqramının 55%-i praktika üzərində qurulub. Məqsəd sektorun professionallara olan ehtiyacını qarşılamaqdır. Proqramın sonunda buraxılış layihələrini müvəffəqiyyətlə başa vuran tələbələr karyera hazırlıq prosesini bitirməklə yanaşı, fərdi portfolio meydana gətirərək məzun olurlar.

Kim iştirak edə bilər?

Tədris proqramında sosial media, marketinq, e-ticarət və rəqəmsal dünya ilə maraqlanan və karyeralarını bu sahələrdə rəqəmsal marketinq üzrə mütəxəssis kimi davam etdirmək istəyən şəxslər iştirak edə bilər.

Təhsil proqramının məqsədi nədir?

Proqramın məqsədi şirkətlərin marketinq strategiyalarını rəqəmsal marketinq strategiyaları ilə bütövləşdirən; beləliklə ünsiyyət vasitələrinin imkanlarını gücləndirən, müştəri məmnuniyyətini, etibarını və satışları artıra bilən mütəxəssislər hazırlamaqdır. Proqramı rəqəmsal platformalarda brendləri tanıtmaq, sosial medianın imkanlarına yiyələnmək, SEO, PPC, Display və email marketinq biliklərinə yiyələnmək və bu kanalların effektivliyini ölçmək üçün lazım olan məlumatları tədris edir.

+994 55 202 47 53 176 (Daxili nömrə: 0)
info@edupro.az contact@edupro.az
AZ 1106, M.Araz küç. 50c, Nərimanov ray., Bakı, Azərbaycan